Samux rayonunda 2014-cü il təvəllüdlü Mirmusa Musayev su kanalında batıb.
Hadisə Şəmkir Su Kanalının Samuxun Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub və axtarış tədbirlərinə başlayıblar.
Hazırda uşağın tapılması üçün axtarışlar davam etdirilir.