Samux rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Əhmədbəyli kəndində baş verib. İlkin məlumata görə, sürücü qarşısına çıxan maneədən yayınmaq üçün idarəetməni itirib və nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu, 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif şiddətdə xəsarət alıblar. Yaralılar Gəncədəki xəstəxanalardan birinə aparılıblar.

Hadisə yerinə yol polisi cəlb edilib və fakt üzrə araşdırma başlanıb.