Samux rayonunun Əhmədbəyli kəndində yol nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin məlumatlara görə, sürücü yol üzərində yaranan maneədən yayınmaq məqsədilə nəzarəti itirib və VAZ 2107 markalı avtomobil qəza törədib.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Anar Quliyev və onun oğlu, 2002-ci il təvəllüdlü Murad Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Hadisə yerinə müvafiq yol polisi əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.