Böyük Britaniyanın Sandrinqem mülkündə yerləşən tarixi su qülləsi yenidən bərpa edilərək kirayəyə verilib.
Norfolkdə, Londondan təxminən 160 kilometr şimalda olan və 150 ildən artıq tarixi olan tikili ümumi təmir işlərindən sonra ilk dəfə qonaqlar üçün istifadəyə təqdim edilib.
1877-ci ildə inşa olunan konstruksiyada ilk dəfə olaraq yaşayış və qonaqlama məqsədli məskunlaşma imkanı yaradılıb. Rəsmi elanata görə, iki nəfər üçün bir gecəlik qiymətlər tarixə görə dəyişir.
Veb-saytda göstərilənlərə əsasən, iki nəfərin bir gecə qalması təxminən 200 dollar səviyyəsindən başlayır, lakin daha çox tələb olan dövrlərdə iki gecə üçün səfər xərcləri 2179 dollara qədər yüksələ bilər.
Sandrinqem mülkü mərhum II Elizabetdən sonra Kral III Çarlzın şəxsi mülklərindən biridir və ailə hər il Milad bayramını burada qeyd edir.
Mülk son dövrlərdə yalnız turizm təşəbbüsləri ilə deyil, həmçinin Kral ailəsi ətrafındakı qalmaqallarla da gündəmdə olub. 2025-ci ilin oktyabrında Ceffri Epşteynlə əlaqələr üzə çıxan keçmiş şahzadə Endryu bütün kral titul və rəsmi vəzifələrindən alınmış, bundan sonra onun yeni yaşayış yeri kimi Sandrinqemdəki ərazidəki Marsh Farm malikanəsi göstərilmişdir.
Məlumatlara görə, uzun müddətdir məskun olduğu Royal Lodge mənzilini tərk etmək məcburiyyətində qalan Endryu həmin əraziyə köçüb.
Tikilinin bərpası və açılışı ərazinin turizm təkliflərini genişləndirir və ziyarətçilərə nadir tarixi obyektdə gecələmə fürsəti yaradır.