Sankt-Peterburqdakı Rumıniya Baş Konsulluğunun istifadəsi dayandırılan binası Azərbaycan Respublikasının Baş Konsulluğuna təklif edilib.
Xarici nümayəndəliklərə xidmət göstərən Inpredservis şirkətinin rəhbəri Vladimir Zapevalov bildirib ki, təklif Qoroxovaya küçəsi, 4 ünvanında yerləşən köhnə Rumıniya konsulluğu binasına aiddir və dünən rəsmi məktub imzalanıb.
Əgər təklifə razılıq verilərsə, Qoroxovaya küçəsindəki obyekt təmir ediləcək və sonra Azərbaycan tərəfinə təhvil veriləcək.
Zapevalov həmçinin qeyd edib ki, Azərbaycan tərəfi əvvəlcə Sapernı küçəsindəki, keçmiş Bolqarıstan Baş Konsulluğuna məxsus bina barədə müraciət etmişdi, lakin həmin yer uyğun hesab olunmamışdı.
Hazırda Azərbaycan Baş Konsulluğu şəhərdə 2-ci Sovetskaya küçəsində fəaliyyət göstərir.
İyunun 25-də Rusiya Sankt-Peterburqdakı Rumıniya Baş Konsulluğunu persona non grata elan edərək Rumıniya tərəfinə konsulluğun fəaliyyətini dayandırmaq üçün 30 gün müddət vermişdi. Nəticədə rumıniyalı diplomatik heyət bayraqlarını və lövhələrini götürərək iyulun 24-də Qoroxovaya küçəsindəki binanı tərk edib.
Inpredservis Dövlət Unitar Müəssisəsi Sankt-Peterburqda akkreditə olunmuş konsulluq idarələrinə və xarici nümayəndələrə xidmət göstərir.