Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə bu təltif həyata keçirilib.
Sərəncamda bildirilir ki, Mirziyoyev Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsində xüsusi xidmətlərinə görə ordenə layiq görülüb.