Şəmkir rayonunda baş verən ciddi yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları açıqlanıb.
Qəza zamanı həyatını itirənlər aşağıdakılardır: Z. Vəliyeva (2018), H. Həmzəyeva (1992), İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009) və Hicran Həmzəyeva (1992).
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin siyahısı belədir: Ə. Aslanov (1981), A. Cəfərli (1982), Z. Hüseynova (1976), S. Hüseynli (1976), E. Hüseynov (1973), E. Hüseynli (1972), Q. Aslanov (2021) və 14 yaşlı Z. Aslanova.
Yaralılardan bir qismi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri və əlavə detallar barədə rəsmi qurumların açıqlamaları gözlənilir.