Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bakı-Qazax magistral yolunun rayon sərhədindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobil ilə KIA markalı minik avtomobili toqquşub. Qəzanın nəticəsində dörd nəfər ölüb, həmçinin xəsarət almış şəxslər var.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və hadisənin səbəbləri müəyyənləşdirilir.