Avqustun 17-də Şəmkirdə baş verən ağır yol qəzasında həlak olan altı nəfərdən birinin ad günü bu gün, 18 avqustda qeyd olunmalı idi.

Qəza zamanı dünyasını dəyişən şəxslərdən biri Mahmudlu kənd sakini, 2009-cu il təvəllüdlü Elvin Məmmədov olub. O, VAZ-2106 markalı avtomobilin sərnişini kimi qeyd edilir.

Hadisə nəticəsində ümumilikdə altı nəfərin həlak olduğu bildirilir. Qəzanın təfərrüatları və səbəbləri barədə rəsmi qurumların açıqlamaları gözlənilir.