Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
General Abbasəli Novruzov bu gün səhər 89 yaşında dünyasını dəyişib.
Onun sabah Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı gözlənilir.
Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub.
Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət etmiş general 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü il aprelin 8-də Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı təyin edilib.
O, həmin vəzifədə 2001-ci ilə qədər çalışıb.