Egey dənizində yerləşən Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb və göyərtədə olan üç şəxs ölüb.

Məlumata görə, aparat yerə çırpıldıqdan sonra yanmağa başlayıb. Yerli yanğınsöndürmə briqadaları alovu söndürərək hadisə yerində əməliyyat həyata keçiriblər.

Hadisə helikopterin Tolos bölgəsindəki aerodromdan havalandıqdan qısa müddət sonra, yaşayış məntəqəsi yaxınlığında baş verib. Qəza zamanı həlak olan pilot və iki sərnişinin şəxsiyyəti hələ açıqlanmayıb.

Aviaqəzanın başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır, təhqiqat davam edir.