Somalinin Mareyo sahil şəhərindən təxminən 4 dəniz mili cənubda silahlı şəxslər bir yük gəmisini ələ keçiriblər.
Hadisə ilə bağlı məlumat Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyindən (UKMTO) verilib. Agentliyin bildirdiyinə görə, gəminin təhlükəsizlik zabiti göyərtəyə səkkiz nəfər silahlı şəxsin daxil olduğunu və gəminin ələ keçirildiyini bildirib.
Məlumatda həmçinin hakimiyyət orqanlarının hadisəni araşdırdığı qeyd olunur. Dəniz nəqliyyatı ilə məşğul olanlərə marşrut üzrə hərəkət edərkən ehtiyatlı olmaları və şübhəli fəaliyyət müşahidə etdikdə UKMTO-ya məlumat vermələri tövsiyə edilib.