Stellantis konserni təxminən 955 min avtomobili geri çağırma qərarı verib. Geri çağırılma səbəbi multimedia sistemindəki proqram təminatı nasazlığıdır ki, bu da arxa görüntü kamerasından gələn görüntünün avtomobilin ekranında əks olunmamasına gətirib çıxara bilər.

Rəqəmlərə görə, ABŞ bazarında 848 511 ədəd avtomobil geri çağırılacaq. Digər bazarlarda isə geri çağırılan avtomobillərin sayı təxminən 107 min civarındadır: 82 869 ədəd Kanada, 7 969 ədəd Meksika və 15 736 ədəd Şimali Amerikadan kənar ölkələr üçün nəzərdə tutulub.

Qərar 2026–2027 model illərinə aid avtomobilləri əhatə edir və geri çağırılan markalar arasında Chrysler, Dodge, Jeep və Ram daxildir. Konsern qeyd edib ki, indiyədək arxa görüntü kamerasının ekranda görünməməsi ilə bağlı hər hansı qəza və ya xəsarət faktı qeydə alınmayıb.

Problemin həlli proqram təminatının simsiz (OTA) yenilənməsi ilə planlaşdırılır. Yeniləmə əlçatan olduqda avtomobillərin multimedia ekranında müvafiq bildiriş görünəcək, sahibkarlar isə sentyabr ayında bildiriş alacaqlar.

Qeyd olunur ki, Stellantis qrupuna Chrysler, Dodge, Jeep, Ram, Peugeot, Opel, Citroën və digər markalar daxildir.