Türkiyəli aktrisa Su Burcu Yazgı Coşkun uzunmüddətli olmasa da ekranlardan ayrıldığı dövrdə sosial media paylaşımları ilə diqqət mərkəzinə düşüb.
“Kardeşlerim” serialında Asiye Eren obrazı ilə tanınan aktrisa yayımladığı yeni fotoları buruq saçları və xüsusi üslubu ilə təqdim edib. Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.
Son layihəsi Burak Denizlə baş rolu paylaşdığı “Bir Gece Masalı” olan Coşkun serialın finalı sonrası ekrana qısa fasilə verib, lakin sosial şəbəkədə aktivliyini saxlayır.
Aktrisa yeni fotosessiyanı izləyiciləri ilə “Şahzadə kimi” qeydi ilə bölüşüb. Paylaşıma gələn reaksiyalar arasında “Çox gözəlsən” və “Möhtəşəm görünür” kimi şərhlər yer alıb.