Sumqayıt şəhərində yeniyetmə qızın itkin düşdüyü bildirilir.

Hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Dəniz Elçin qızı Mansurlu avqustun 18-də, səhər saat 11 radələrində yaşadığı mənzildən çıxıb və geri dönməyib.

Ailə üzvləri hadisəni polisə bildiriblər. İtkin düşən gənci görənləri və ya onun haqqında məlumatı olanları 0556151561 nömrəsi ilə əlaqə saxlamağa və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etməyə çağırırlar.