Sumqayıt şəhərində 17 yaşlı qızın itkin düşdüyü bildirilib.

Hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Dəniz Mansurlu avqustun 18-i, səhər saat 11 radələrində yaşadığı evdən çıxıb və geri dönməyib.

Yeniyetmənin yaxınları itkin düşmə barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hər hansı informasiya və ya görən şəxslərdən 0556151561 nömrəsinə zəng etmələri və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Hadisənin araşdırılması davam edir.