Türk Dövlətləri Təşkilatının Təhlükəsizlik Şuraları Katiblərinin beşinci toplantısının paytaxtımızda keçirilməsi planlaşdırılır.
Tədbirin 16-18 sentyabr tarixləri arasında baş tutacağı gözlənilir. İclas zamanı üzv dövlətlər arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, regionda təhlükəsizliklə bağlı məsələlər və qarşılıqlı maraq kəsb edən digər mövzular gündəmə gələcək.
Qeyd olunur ki, təşkilatın təhlükəsizlik şuraları katiblərinin dördüncü iclası ötən il Bişkekdə keçirilib. Bu sessiyanın nəticələri və təcrübəsi cari toplantıda müzakirə olunacaq məsələlərə istiqamət verəcəyi gözlənilir.