Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov müvafiq əmri imzalayıb.

Əmrlə Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova vəzifəsindən azad edilib.

Başqa bir əmrlə mərkəzin yeni baş həkimi təyin edilib: Şəlalə Səfərova. O, təyinatdan öncə Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasında baş həkim postunu tutub.