Hadisə
Tərtər rayonunda avtomobilin vurduğu iki qadın həyatını itirib
Tərtərdə Hüsənli kəndində minik avtomobili yolu keçən iki qadını vuraraq onların hadisə yerində ölməsinə səbəb olub, faktla bağlı araşdırma aparılır.
1 dəq oxunuş
9 baxış
Mənbə: Demokrat
Tərtər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həlak olub.
Hadisə rayonun Hüsənli kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili yolu piyada keçən iki qadını vurub.
Nəticədə hər iki qadın hadisə yerində vəfat edib. Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma başlanılıb.
Mənbə: Demokrat
(18 Avqust 2026)