Tərtər rayonunda ölüm ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

14 avqust saat təxminən 14:00 radələrində Köçərli kəndində yaşayan 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

İlkin məlumata görə, naqillər onun qoluna dolanmış və xəttə qoşulma anında baş vermiş yanğın nəticəsində kişi yanaraq ölüb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.