Tərtərdə ağır yol‑nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bərdə-Ağdam avtomobil yolunun Hüsənli kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yolun kənarında olan iki piyadanı vurub. İlkin məlumatlarda piyadaların hər ikisinin qadın olduğu bildirilib.

Hadisə zamanı onlardan biri yerindəcə ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.