Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtərin Hüsənli kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili iki piyadanı vurub.
İlkin məlumata görə, vurulan şəxslərin hər ikisi qadındır. Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.