Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb.
Öysüzlü kənd sakini Lamiyə Cəlilova üç uşaq anasıdır. O, avqustun 6-da saat təxminən 10:00–11:00 radələrində Qazıqulu kəndindəki ata evindən çıxaraq geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, bir müddət sonra Lamiyənin evdə olmadığı müəyyən edilib və üzvü olduğu ailə üzvləri onu axtarmağa başlayıblar.
Ailənin verdiyi məlumata əsasən, itkin düşmə barədə dərhal polisə məlumat verilib və hazırda Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.
Ailə Lamiyə Cəlilova haqqında hər hansı məlumatı olan şəxslərdən əlaqədar qurumlara məlumat vermələrini xahiş edir.