Tovuz rayonunun Aşağı Mülkülü kəndində qadın ilan sancması faktı qeydə alınıb.
Hadisə həyətdə işləyərkən baş verib; zərərçəkən 1985-ci il təvəllüdlü Əfsanə Zeynalovadır.
O, təcili tibbi yardım tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilan zəhərinə qarşı zərdab vurulub.
Həkimlərin bildirməsinə görə, Əfsanə Zeynalovanın vəziyyəti kafi qiymətləndirilir.