ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında yazaraq, ABŞ ilə İran arasında hər hansı bir dialoqun mövcud olmadığını bildirib.

O, həmçinin vurğulayıb ki, indiki məqamda İranla danışıqlar aparılmır və belə danışıqlar planlaşdırılmır.

Trampın yazısında dənizlə bağlı vəziyyətə də toxunulub: “Dəniz blokadası tam qüvvədə qalır. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib”, - deyə o qeyd edib.