ABŞ administrasiyası may ayında İraq Kürdüstan Regionunun rəhbəri Neçirvan Bərzani vasitəsilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə gizli rabitə kanalı yaradıb.

Bu məlumat üç mənbəyə istinadən açıqlanıb. Məqsəd SEPAH rəhbərliyinin İran parlamentinin sədrı Məhəmməd Baqir Qalıbaf və xarici işlər naziri Abbas Əraqçı ilə ABŞ arasında müzakirə olunan razılaşmaları dəstəkləyib-dəstəkləmədiyini müəyyənləşdirmək olub.

Həmin dönəmdə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsində olan Tulsi Qabbardın xahişi ilə Neçirvan Bərzani SEPAH komandiri Əhməd Vahidi ilə əlaqə saxlayıb.

Əhməd Vahidi SEPAH-ın danışıqları dəstəklədiyini və yaranmış gərginliyin diplomatik yolla həllinin tərəfdarı olduğunu bildirib.