ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Hörmüz boğazının gələcəkdə qlobal neft ticarətində əvvəlki qədər əhəmiyyətli olmayacağını söyləyib.
Trampın sözlərinə görə, bunun başlıca səbəbi alternativ nəqliyyat marşrutlarının inkişafı və yeni boru kəmərlərinin tikintisidir. O, hazırda neftin bir barelinin 84–85 dollar səviyyəsində olduğunu qeyd edib.
Amerika lideri həmçinin Texas, Alyaska və Luizianada neft hasilatının artdığını və boru kəmərlərinin rekord sayda inşasının davam etdiyini vurğulayıb.
"Buna görə də düşünürəm ki, Hörmüz boğazı əvvəlkindən daha az əhəmiyyətli olacaq", – Tramp deyib.
Qeyd olunub ki, Donald Tramp bir neçə dəfə ABŞ-nin Hörmüz boğazına iddialarını dilə gətirib; 13 avqustda o, ABŞ ordusunun sözügedən su yoluna tam nəzarət etdiyini bəyan etmişdi.