ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə İran arasında qüvvədə olan 60 günlük çərçivə razılaşmasının bu gün bitdiyini və onun müddətinin uzadılmasını arzulamadıqlarını açıqlayıb.

Tramp bildirib ki, İranın ABŞ-ın qoyduğu şərtləri qəbul edəcəyinə inanmır, ona görə də yekun razılaşmanın əldə olunmasının ehtimalını aşağı qiymətləndirir.

Prezident əlavə edib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinə qarşı sərt mövqedədir və bunun heç bir halda icazə verilməyəcəyini bəyan edib.

Bununla yanaşı, Tramp Hörmüz boğazının açıq olduğunu vurğulayıb və neft qiymətlərinin aşağı düşdüyünü qeyd edib.