2026-08-20 — Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verərək İsrailin Suriyadakı Əbu-Zuhur aviabazasına yönəltdiyi hücumdan əvvəl və ya hücum zamanı bazada heç bir türk hərbçisinin olmadığını bildirib.

Açıqlamada qeyd olunub ki, Suriyada və regionda sülhün və sabitliyin qorunması üçün İsrailin belə ehtiyatsız hücumlara son qoyması və beynəlxalq hüququn tələblərinə əməl etməsinin vacib olduğu vurğulanıb.