Türkiyədə son 24 saat ərzində üçüncü pilotsuz uçuş aparatının (PUA) qalıqları müəyyən edilib.

Qara dəniz sahilində, Sakarya vilayətində gövdə hissəsi tapılan PUA-nın digər fraqmentləri Başoğlu kəndi yaxınlığında aşkarlanıb.

Çimərliyə çağırılan hüquq-mühafizə orqanları və sahil mühafizəçiləri qalıqları yerində müəyyən ediblər.

Aparatın hissələrində partlayıcı maddənin olmadığı bildirilib.

Türkiyə mətbuatında qalıqların Rusiya–Ukrayna münaqişəsi ilə əlaqəli ola biləcəyi qeyd edilir; mənşəyi və məqsədi ilə bağlı yekun nəticələr rəsmi araşdırmalardan sonra açıqlanacaq.