Türkiyədə “Süleymançılar” dini təriqətinin lideri Əlixan Kuriş həbs edilib. Ümumilikdə 32 nəfər həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib, əlavə olaraq altı şəxsin barəsində polis nəzarətinə verilmə qərarı qəbul olunub.
Avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən təriqətə qarşı genişmiqyaslı istintaq başlandığı və bu məntiq çərçivəsində təxminən 40 şəxsin saxlandığı bildirilib.
Araşdırma çərçivəsində şəbəkənin cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq və vergidən yayınma kimi ittihamlarla üzləşdiyi qeyd olunur.
Aparılan yoxlamalar zamanı Əlixan Kuriş və təriqətə bağlı müxtəlif ünvanlarda milyonlarla dollar dəyərində qızıl əşyalar tapılıb. Həmçinin fərqli ölkələrdəki bank hesablarına təxminən 1,4 milyard dollar həcmində vəsait köçürüldüyü müəyyən edilib.
“Süleymançılar” nəqşibəndiliyə əsaslanan dini cərəyan olub, ötən əsrin ortalarında formalaşmış və qapalı idarəetmə üsulu ilə seçilir. Təriqət əsasən təhsil müəssisələri və Quran kursları yaradaraq həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərib.