Türkiyənin YENİ Partiyasından Qaziantep nümayəndəsi Melih Meriç bıçaqlı hücuma məruz qalıb və yaralanıb.
Hücumun Oğuzeli rayonunun keçmiş Cümhuriyyət Xalq Partiyası (CHP) sədrindən olan Seydi Ahmet Keleş tərəfindən törədildiyi bildirilib.
Yaralı deputat dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin açıqlamasına görə, M. Meriçin vəziyyəti qənaətbəxş hesab olunur.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları S. Keleşin axtarışı və məsələ ilə bağlı təhqiqat aparır.