Ucar rayonunda magistral yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisənin gedişinə dair görüntülər sosial mediada yayımlanıb. Məlumata əsasən, tərəvəz daşıyan "Ford" markalı avtomobil aşıb və yükdəki məhsullar yolun üzərinə səpələnib.
Qəzanın baş verməsinə avtomobilin təkərinin partlamasının səbəb olduğu göstərilir. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.