Avqustun 16-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətində, Kamensk-Şaxtinski şəhərində yerləşən "Kamenski Kombinat" müəssisəsinə zərbə endirib.

Hadisə nəticəsində obyektin ərazisində yanğın baş verib. Zərərin həcmi və dağıntıların detalları hələlik müəyyənləşdirilir.

Qeyd olunur ki, sözügedən kombinat Rusiya müdafiə-sənaye kompleksinin bir müəssisəsidir və burada "Uraqan", "Smerç" və "Tornado-S" reaktiv yaylım atəşi sistemlərinə aid sursatlar, həmçinin müxtəlif raket sistemləri və aviasiya zərbə vasitələri üçün bərk raket yanacağı istehsal edilir.