Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev şəxsən bununla bağlı paylaşım edib və Yuşşenkonu Bakıda qarşılamaqdan məmnunluq hissi duyduğunu bildirib.
Səfərin məqsədi barədə hələlik əlavə məlumat təqdim edilməyib.
Qeyd edək ki, Viktor Yuşşenko 2005–2010-cu illərdə Ukraynaya prezidentlik edib.