17 avqust 2026 — Məşhur türk ifaçı Ümit Besenin qızı Ezgi Besen ailə həyatı qurub.
Ezgi Besen Ədirnə ədliyyəsində hakim işləyir və Hakimlər və Prokurorlar Şurasının qərarı ilə Safranboluya təyin edilib. O, vəkil Yüksel Görkəm Erbek ilə nikah masasına oturub.
Cütlük yaxın qohumları üçün İstanbulda yaxtada kiçik bir toy mərasimi təşkil edib. Rəsmi nikah sənədləri isə Ədirnə-Sarayçi bölgəsində yerləşən Ağa Köşkdə imzalanıb.
Ümit Besen İstanbuldakı mərasimə ev sahibliyi etmişdi, lakin konsert üçün Bodruma getdiyi və təyyarəyə gecikdiyi üçün Ədirnədəki rəsmi mərasimə vaxtında çata bilməyib.