Eynək alarkən yalnız modelin xoş görünməsinə deyil, eynəyin üz formasına uyğunluğuna da önəm vermək lazımdır, çünki düzgün çərçivə üz cizgilərini tarazlaşdıra və ümumi görünüşü yaxşılaşdıra bilər.
Oval üz forması ümumiyyətlə ən çevik hesab olunur və praktiki olaraq müxtəlif çərçivələrə uyğundur. Üzün təbii harmoniyasını pozmamaq üçün nazik çərçivələr və pişik gözü stilində modellər seçilə bilər.
Dairəvi üzlərdə yanaq nahiyəsi daha dolğun olur və üzün eni ilə uzunluğu oxşardır. Üzü optik olaraq uzatmaq üçün künclü, sərt xətlərə malik çərçivələr, xüsusən də düzbucaqlı formalar tövsiyə edilir.
Kvadrat tipli üzlərdə üz cizgiləri daha kəskin və bucaqlıdır. Bu cür üzlər üçün yumşaq konturlu, oval və dairəvi elementlərə malik çərçivələr daha uyğun gəlir, çünki onlar sərt xətləri yumuşaldır.
Almaz formalı üzlərdə almacıq səthi daha geniş, alın və çənə isə nisbətən dar olur. Bu tip üzlər üçün oval və yumşaq künclərə malik kvadrat və düzbucaqlı çərçivələr üz cizgilərini daha zərif göstərməyə kömək edir.
Üçbucaq (və ya piramida) üz formasında alın daha geniş, çənə isə daha dar görünür. Diqqəti çənə bölgəsindən uzaqlaşdırmaq məqsədilə gicgah istiqamətinə uzanan və yuxarıya doğru vurğu verən çərçivələr seçilməsi məsləhətdir.
Eynək seçimini saç rəngi ilə uyğunlaşdırmaq da faydalı ola bilər. Açıq dəri və qara saçlı şəxslər üçün tünd, qara çərçivələr; qəhvəyi saçlılar üçün qəhvəyi tonlar; ombre və balyaj kimi rənglərlə olan saçlara isə sümük rəngli və naxışlı çərçivələr uyğun hesab edilir.