ABŞ-ın Vogue jurnalı tərəfindən keçirilən “Dogue” müsabiqəsində 2026-cı ilin ən dəbli və stilli iti müəyyən edilib.

Müsabiqəyə minlərlə ev heyvanı sahibi qatılıb və iştirakçılar itlərinin fotolarını göndəriblər. Münsiflər təqdim olunan şəkillərin keyfiyyəti və kompozisiyası əsasında seçim aparıblar.

Qiymətləndirmə zamanı yalnız vizual keyfiyyətlər yoxlanılmayıb — heyvanların fotolarda əks olunan xarakterləri də nəzərə alınıb. Həmçinin “dogueness” kriteriyası tətbiq olunub, yəni itin moda nəşrinin ruhunu nə dərəcə canlandırdığı qiymətləndirilib.

Birinci yerə italyan qreyhaundu “Ser Spad” layiq görülüb. Münsiflər onun sakit davranışını və ifadəli, diqqətli baxışlarını xüsusi vurğulayıblar.

Qalib “Ser Spad” jurnalin xüsusi mükafatı olaraq “Dogue” nəşrinin üz qabığında yer alacaq.