Xalq artisti Cahangir Novruzov “Pozan” verilişinə müsahibəsində taksi xidmətləri ilə bağlı yaşadığı narazılıqdan danışıb.
Aktyor verilişə gecikməsinin səbəbini mobil taksi tətbiqindəki problemlərlə əlaqələndirib və “Bolt” xidməti barədə tənqidi fikirlər səsləndirib.
C.Novruzov qeyd edib: “Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. ‘Bolt’a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən, bu da psixoloji olaraq səni incidır”.
Aktyorun sözlərinə görə, tətbiqdə göstərilən gözləmə vaxtları və avtomobillərin ləğv edilməsi sərnişinlər üçün problem yaradır və bu halı ədalətsiz hesab edir.