Xətai rayonu, 8 Noyabr prospektində yerləşən piyada keçidində eskalatorların işləməməsi sakinlər arasında narazılığa səbəb olub.
Keçiddəki eskalatorlardan birinin təxminən iki aydır fəaliyyət göstərmədiyi bildirilib. Nəticədə yaşlılar, uşaqlar və digər piyadalar üzə biləcək rahat hərəkət imkanından məhrum olaraq pilləkənlərlə qalxıb-düşməyə məcbur olurlar.
Sakinlər həmçinin qeyd ediblər ki, eskalatorun işləməməsi vətəndaşları təhlükəli hesab edilən avtomobil yolundan keçməyə məcbur edir, bu da yol hərəkəti üçün risk yaradır.
Ərazidə işləyən əməkdaş eskalatorun nasazlığının ehtiyat hissəsi ilə bağlı olduğunu deyib. O bildirib ki, qurğuların texniki hissələri Çindən gətirilməlidir və artıq lazımi sifariş verilib.
Eyni zamanda qeyd olunub ki, keçiddəki eskalatorlar təxminən 16 il əvvəl quraşdırılıb və həmin texnikaya uyğun ehtiyat hissələrinin tapılmasının çətinləşməsi məsələnin uzanmasına səbəb olur.