2026-08-17 tarixində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisindən keçən və Kür-1 ilə Kür-2 magistral su xətlərini əlaqələndirən, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edən diametri 200 mm olan su xəttində qəza qeydə alınıb.

Qəza nəticəsində xəttin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranıb. Problemin operativ şəkildə həlli və su təchizatının etibarlılığının təmin olunması məqsədilə Binəqədi Rayon Sukanal İdarəsinin qəza‑bərpa briqadası hadisə yerinə cəlb edilib.

Qəza-bərpa briqadası tərəfindən görülən təmir işləri tamamlanıb və qəzalı hissədə zəruri texniki tədbirlər həyata keçirilib. Xətt üzrə suyun verilişi bərpa olunub.

İdarə bildirir ki, qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı rejimdə çatdırılması təmin ediləcək.