İlin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondu 1 milyon 68 min şəxsin hesabına ümumilikdə 1 milyard 314 milyon manat məbləğində müavinət və Prezidentin aylıq təqaüdü yönəldib.
Ödənişlərin həcmi kateqoriyalar üzrə belə bölünüb: müavinət kimi 505 min şəxsə 738 milyon manat, Prezident təqaüdü kimi 405 min şəxsə 474 milyon manat, sosial sığorta hesabına müavinət kimi 158 min şəxsə 102 milyon manat ödənilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə müavinətlər üzrə ödənişlər 13 faiz, təqaüdlər 14 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər isə 8 faiz artıb.
Bu ilin yeddi ayında elektron sistem üzərindən proaktiv qaydada əlavə 86 min müavinət və təqaüd təyinatı həyata keçirilib. Sosial ödənişlərin elektron təyinatına başlanılan 2019-cu ildən indiyədək bu üsulla ümumilikdə 966 min təyinat aparılıb.