Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 9 776 boşanma baş verib.
Ölkə üzrə hər 1 000 nəfərə düşən boşanma səviyyəsi 1,9 təşkil edib. Boşanmaların sayına görə ən çox hadisə Bakı şəhərində qeydə alınıb: paytaxtda ilk altı ayda 2 815 boşanma rəsmiləşib və hər 1 000 nəfərə düşən göstərici 2,4 olub.
İnzibati vahidlər üzrə ən çox boşanma Bakı şəhərində Xətai rayonunda qeydə alınıb — 430. Onu Yasamal (348), Suraxanı (267), Sabunçu (247) və Qaradağ (195) rayonları izləyib.
Bakıdan sonra ən yüksək boşanma sayı Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb — 652. Bu iqtisadi rayonda ən çox boşanmalar Cəlilabad (113), Masallı (160), Lənkəran (199) və Astara (86) rayonlarında olub.
Digər iqtisadi rayonlarda qeydə alınmış boşanmaların sayı belədir: Gəncə-Daşkəsən — 582, Qarabağ — 871, Qazax-Tovuz — 558, Quba-Xaçmaz — 496 və Şəki-Zaqatala — 423.
Ən az boşanma Xankəndi şəhərində qeydə alınıb — 5. Ardınca Ağdərə rayonu (10), Xocavənd (14), Sədərək (16) və Naftalan şəhəri (17) gəlir.
Əhalinin sayına nisbətən vəziyyət fərqlidir; hər 1 000 nəfərə düşən boşanma göstəricisinə görə ən yüksək səviyyə Xocalı rayonunda müşahidə olunub — 4,9.
Hər 1 000 nəfərə düşən boşanma sayına görə digər yüksək göstəricilər belədir: Naftalan şəhəri — 4,0; Yasamal rayonu — 3,6; Qaradağ və Qubadlı rayonları — 3,3; Şirvan şəhəri — 3,1; Xətai rayonu — 3,1.
Ən aşağı hər 1 000 nəfərə düşən boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb — 0,7. Daha sonra Yardımlı (0,9), Cəlilabad (1,0), Qax (1,0), Balakən (1,1), Zaqatala (1,1) və Biləsuvar (1,2) rayonları yer alır.
Məlumatlara görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə ümumilikdə 19 224 nikah da qeydiyyata alınıb. Ölkə üzrə hər 1 000 nəfərə düşən nikahların sayı 3,8-dir.
Bu ilin ilk altı ayında şəhər və rayonlar üzrə ümumi və hər 1 000 nəfərə düşən boşanma sayı aşağıdakı kimidir:
Xocalı rayonu – 38 (4,9)
Naftalan şəhəri – 17 (4,0)
Yasamal rayonu – 348 (3,6)
Qaradağ rayonu – 195 (3,3)
Qubadlı rayonu – 62 (3,3)
Şirvan şəhəri – 131 (3,1)
Xətai rayonu – 430 (3,1)
Zəngilan rayonu – 63 (3,0)
Nərimanov rayonu – 270 (3,0)
Naxçıvan şəhəri – 142 (2,9)
Ağdam rayonu – 255 (2,9)
Şabran rayonu – 82 (2,8)
Xızı rayonu – 23 (2,8)
Şahbuz rayonu – 34 (2,7)
Şuşa rayonu – 34 (2,7)
Kəlbəcər rayonu – 99 (2,7)
Suraxanı rayonu – 267 (2,6)
Nizami rayonu – 231 (2,5)
Şərur rayonu – 134 (2,4)
Tərtər rayonu – 90 (2,4)
Mingəçevir şəhəri – 121 (2,4)
Xocavənd rayonu – 14 (2,3)
Xankəndi şəhəri – 5 (2,3)
Daşkəsən rayonu – 38 (2,3)
Nəsimi rayonu – 249 (2,3)
Bərdə rayonu – 178 (2,3)
Babək rayonu – 80 (2,1)
Samux rayonu – 63 (2,1)
Füzuli rayonu – 135 (2,1)
Cəbrayıl rayonu – 76 (2,1)
Culfa rayonu – 48 (2,0)
Binəqədi rayonu – 311 (2,0)
Gəncə şəhəri – 323 (2,0)
Ağstafa rayonu – 88 (2,0)
Tovuz rayonu – 173 (2,0)
Ucar rayonu – 87 (2,0)
Laçın rayonu – 76 (2,0)
Sumqayıt şəhəri – 396 (1,9)
Səbail rayonu – 98 (1,9)
Siyəzən rayonu – 40 (1,9)
Kürdəmir rayonu – 114 (1,9)
Pirallahı rayonu – 17 (1,8)
Goranboy rayonu – 91 (1,8)
Gədəbəy rayonu – 90 (1,8)
Quba rayonu – 157 (1,8)
Lənkəran rayonu – 199 (1,8)
Göyçay rayonu – 105 (1,8)
Zərdab rayonu – 53 (1,8)
Beyləqan rayonu – 94 (1,8)
İmişli rayonu – 122 (1,8)
Hacıqabul rayonu – 68 (1,8)
Ağdərə rayonu – 10 (1,7)
Ağdaş rayonu – 93 (1,7)
Oğuz rayonu – 38 (1,7)
Qazax rayonu – 79 (1,6)
Ağcabədi rayonu – 112 (1,6)
Xaçmaz rayonu – 136 (1,6)
Qusar rayonu – 81 (1,6)
Yevlax rayonu – 105 (1,6)
Saatlı rayonu – 90 (1,6)
Sabirabad rayonu – 143 (1,6)
Şəki rayonu – 145 (1,6)
Neftçala rayonu – 71 (1,6)
Xəzər rayonu – 152 (1,5)
Sabunçu rayonu – 247 (1,5)
Göygöl rayonu – 50 (1,5)
Astara rayonu – 86 (1,5)
Qəbələ rayonu – 81 (1,5)
Salyan rayonu – 106 (1,5)
Sədərək rayonu – 16 (1,4)
Lerik rayonu – 62 (1,4)
Masallı rayonu – 160 (1,4)
Ordubad rayonu – 34 (1,3)
Abşeron rayonu – 271 (1,3)
Kəngərli rayonu – 20 (1,2)
Şəmkir rayonu – 128 (1,2)
Biləsuvar rayonu – 62 (1,2)
Balakən rayonu – 57 (1,1)
Zaqatala rayonu – 72 (1,1)
Cəlilabad rayonu – 113 (1,0)
Qax rayonu – 30 (1,0)
Yardımlı rayonu – 32 (0,9)
Qobustan – 17 (0,7)