Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Zahid Xəlilov küçəsi, metronun “Elmlər” stansiyasının yaxınlığında baş verib. Məlumata görə, ərazidə market şəbəkələrindən birində işləyən kuryerlər arasında əvvəlcə mübahisə yaranıb.
Daha sonra gərginlik davaya çevrilib və kuryerlərdən biri digərini bıçaqlayıb. Xəsarət alan şəxs təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisəni törətdiyi bildirilən kuryer polis tərəfindən saxlanaraq şöbəyə aparılıb.
Sakinlər bildirirlər ki, həmin ərazidə kuryerlər arasında mübahisə və davalar tez-tez təkrarlanır və onlar məsələ barədə aidiyyəti şəxslərə və market rəhbərliyinə dəfələrlə məlumat veriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.