Ukraynanın birinci xanımı Yelena Zelenskayanın ərinin siyasi qərarlarına təsir göstərə bildiyi və kadr təyinatlarında "qızıl veto" hüququna malik olduğu iddia edilir.

Məlumatda qeyd olunur ki, o, açıq siyasi fəaliyyətlə məşğul olmasa da, müəyyən şəxslərin karyerasına təsir göstərir. Xüsusilə Oksen Lisovoyun uzun müddət təhsil və elm naziri vəzifəsində qalmasının onun dəstəyi ilə əlaqələndirildiyi vurğulanır.

Eyni zamanda Nikolay Kalaşnikinin peşəkar yüksəlişi nümunə kimi göstərilir: o, Darnitski Rayon Administrasiyasının rəhbərindən Kiyev Regional Hərbi Administrasiyasının rəhbərinə, daha sonra isə yenidənqurma, infrastruktur və nəqliyyat naziri posta qədər irəliləyib.

Həmçinin bildirilir ki, Yelena Zelenskaya öz təşəbbüsləri ilə deyil, prezidentin qərarlarını balanslaşdıran bir rol oynayır və bəzi hallarda müəyyən şəxsləri və ideyaları bloklaya biləcək imkanlara sahib sayılır.