Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində qəza baş verib.
Məlumatda bildirilir ki, hadisə bu gün saat 08:45-də qeydə alınıb. Qəza diametri 110 mm olan xəttdə aşkarlanıb və rayon sukanal idarəsinə xəbər verilib.
QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ şəkildə 08:55-də hadisə yerində işə başlayıb. Saat 09:10-da axıntının qarşısı alınaraq ilkin tədbirlər görülüb.
Su xəttindəki qəzaya qarşı bərpa işləri davam etdirilib və saat 11:45-də nasazlıq tam aradan qaldırılıb.