Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində qəza qeydə alınıb.

Hadisə barədə məlumat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən verilib.

Bildirilir ki, həmin ünvanda bu gün saat 08:45-də, diametri 110 mm olan su xəttində nasazlıq yarandığı barədə rayon sukanal idarəsinə məlumat daxil olub.

QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ şəkildə 08:55-də hadisə yerində işə başlayıb və saat 09:10-da axıntının qarşısı alınıb.

Su xəttindəki nasazlıq tam şəkildə saat 11:45-də aradan qaldırılıb.

Hadisənin nəticəsində vətəndaşlara göstərilən xidmətlər və su təchizatı ilə bağlı əlavə məlumat verilməyib.