İctimaiyyətin diqqətini çəkən sosial problemlər və yerli şikayətlər üçün yeni WhatsApp qaynar xətti fəaliyyətə başlayıb.

Vətəndaşlar narahat olduqları məqamları, həll edilməmiş məsələləri, küçədə və ya digər məkanlarda qarşılaşdıqları hadisələri bu nömrəyə göndərə bilərlər.

Müraciətlər foto, video və yazılı məlumat formasında qəbul edilir. Mobil versiyada göstərilən nömrəyə bir toxunuşla zəng etmək mümkündür.

Redaksiya daxil olan müraciətləri araşdıracaq, ictimai əhəmiyyətli hesab olunan halları işıqlandıracaq və ehtiyac olduqda aidiyyəti qurumlara sorğu göndərərək onların mövqeyini öyrənəcək.

Müraciətlər üçün istifadə ediləcək WhatsApp nömrəsi: (055) 224-12-12.

Göndərilən məlumatlar yoxlanıldıqdan sonra cəmiyyətin gündəminə çıxarıla və geniş ictimai diqqətə təqdim oluna bilər.