Zaqatalada yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə günorta saatlarında Zaqatala–Yuxarı Çardaqlar avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ 2107 və Ford markalı iki minik avtomobili toqquşub. İlkin məlumatlara görə, qəza zamanı üç nəfər xəsarət alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Hazırda onların müayinəsi davam edir və şəxsi məlumatları dəqiqləşdirilir.
Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.