Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər və subbakalavrlar üçün ixtisas seçimi bu gün saat 23:59-da yekunlaşır. Qəbul olmaq istədikləri ixtisasları elektron ərizəyə daxil edib mütləq təsdiqləmək lazımdır.

Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, 19 avqust saat 17:35-ə olan göstəriciyə əsasən 84 487 abituriyent və subbakalavr ərizəsini təsdiqləyib. Eyni zamanda, 1 500-dən çox namizəd seçimini edib ərizəni yadda saxlamış, lakin onu təsdiqləməmişdir; bu şəxslərin